Soda görün hansı xəstəlikləri sağaldır - Həkimlər niyə demir? - Video



 15:49 02.07.2024     473

Çay sodası adlandırdığımız natrium hidrokarbonatdan (NaHCO3) məişətdə geniş istifadə olunur. Daha çox şirniyyat məmulatlarının hazırlanmasında istifadə edilən sodanın tibbi-müalicəvi xüsusiyyətləri çoxdur.

Məsələn boğaz ağrısını azaldır. Bu üsul qədim zamanlardan məlumdur. Yəqin ki, ən kiçik qıcıqlanmada ananızın və ya nənənizin sizi isti soda məhlulu ilə qarqara etməyə göndərdiyini xatırlayırsınız. Sodanın antibakterial xüsusiyyətlərinə görə, bu üsul, həqiqətən, ağrıları azaltmağa kömək edir. Ancaq bilməlisiniz ki, angina zamanı soda kömək etməyəcək. Öskürək. Soda ilə inqalyasiya bəlğəmin çıxarılmasına, boğazın yumşaldılmasına kömək edir. O da məlumdur ki, öskürək zamanı bir çimdik soda qatılmış ilıq süd içməyə dəyər. Mədədə yanma hissi. Xoşagəlməz yanma hissi baş verən anda əlinizin altında dərman yoxdursa, qida sodası kömək edəcəkdir. Qələvi turşunu tez neytrallaşdıracaq və rahatlıq gətirəcək. Bunun üçün: ½ çay qaşığı sodanı 1 stəkan ilıq suda həll edin və kiçik qurtumlarla için. Ağız boşluğunda problemlər. Soda ilə qarqara diş ətinin iltihabını azaldacaq, stomatiti və diş ağrılarını aradan qaldıracaq. Diş iltihabı zamanında soda ilə qarqaralar çox yaxşı kömək edir. 1 çay qaşığı sodanı 1 stəkan suda həll edib qarqara edin.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az v