Həkimlər bunu xəstələrinə niyə demir? Hər gün 1 qaşıq yesəniz... - Video



 15:52 02.07.2024     414

Hər gün balqabaq tumu yesəniz, nə olar? Bu haqda heç düşünmüsüzmü?

Balqabaq tumunun faydaları təkcə xalq təbabəti deyil, həm də, tibb elmi tərəfindən təsdiqlənib. Balqabaq tumu sinklə zəngindir. Sink bədənimizin fəaliyyətində böyük rol oynayan vacib mineraldır. İmmunitetimizi möhkəmləndirən sinkin faydalı olduğu orqanlarımızın, bioloji sistemlərin siyahısını yazsaq, çox uzanar. 30 qr balqabaq tumunda orqanizmin ehtiyacı olan gündəlik sink dozasının, təxminən, 70%-i var. Sink sümük sağlamlığının qoruyucusudur: sümüklərin sıxlığını bərpa edir, osteoporozun qarşısını almaqda mahirdir. Bundan əlavə, sink oynaq iltihabını azaldır, həzmi normallaşdırır, pis xolesterolu, yəni aşağı sıxlıqlı lipoproteinləri azaltmağa kömək edir. Əgər arıqlamağa çalışırsınızsa, sink orqanizmin ən yaxşı dəstəkçisi kimi çıxış edir. Kişi orqanizminin sağlamlığı və gücünü itirməməyi baxımından da sink əvəzsizdir. Gəncliyindən etibarən kişilərin hər gün, ən azı, 1 xörək qaşığı balqabaq tumu yeməsi faydalıdır; Balqabaq tumu parazit əleyhinə vasitədir. “Uşağın qurdu var, balqabaq tumu yedirt” deyimini, çox güman, eşitməyən qalmayıb. Lakin unutmayın ki, diaqnozu həkim qoymalı, balqabaq tumunun dozasını həkim təyin etməlidir. 

 

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az