Heç kim torpağın altındakı bu təbii dərmanı tanımır! - Video



 15:55 02.07.2024     451

Böyürtkən bitkisinin kökü, budaqları, hətta yarpaqlarından Xalq təbabətində bəzi xəstəliklərin müalicəsi zamanı istifadə olunduğunu bilirdinizmi?

 

Böyürtkən bitkisinin meyvəsini bilirəm ki hər biriniz yemisiniz, bəs onun kökündən heç çay dəmləyib içmisizmi? Yəqin ki əksəriyyətiniz yox deyəcəksiz. Böyürtkən kökü tibbi xüsusiyyətlərə malikdir. Məsələn, kişi orqanizmi üçün çox faydalıdır. İmmuniteti gücləndirir, spermanın keyfiyyətini yaxşılaşdırır, cinsi həyatın keyfiyyətini artırır. Böyürtkən kökü antioksidant xüsusiyyətlərə sahib olması ilə məşhurdur. Bu antioksidantlar orqanizmdəki sərbəst radikallarla savaşaraq onların hüceyrələrə və toxumalara zərər vermək potensialını azaldır. Bundan əlavə, böyürtkən kökü immun sistemini də dəstəkləyir, iltihab əleyhinədir, antimikrobial kimi çıxış edir. Böyürtkən kökünü çay və ya məhlul kimi istifadə etmək mümkündür. Qaynar suya əlavə edilərək dəmlənir, sonra süzülür və içilir. Məhlulu da xüsusi forma ilə hazırlanır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az