Bu qidaları yeyənlər heç vaxt xərçəng olmur! - Video



 09:58 05.07.2024     364

1. Çuğundur. Bu göyərti iki məşhur antioksidantın- sirenik turşunun və kaempferolun qaynağıdır. Çuğundur, həmçinin, karbohidratları adi şəkərə çevirən ifrazatları önləyir, beləcə, qanda şəkərin tənzimlənməsində önəmli rol oynayır. Xərçəngə səbəb olan toksinlərdən hüceyrələri qoruyur, iltihablanmanı azaldır, ürək xəstəliyi, diabet və digər xroniki xəstəliklərə tutulmaq riskini azaldır. Əgər gündəlik atışdırmalıqların, məsələn; sendviçlərin və ya dürməklərin içinə çuğundur yarpaqları qoysaq, ən təbii və asan antioksidantı qəbul etmiş olarıq. Bəs, çuğundur yarpaqlarını necə bişirmək lazımdır ki, qida dəyəri itməsin? Yarpaqları kökdən ayırın, suya çəkin. Bir tavanı azca isidin, yarpaqları isti tavaya düzüb qarışdıra-qarışdıra bişirin. Ədvalar və yağ zövqə görədir. Amma ən sağlamı azca bişmiş yarpaqları yağsız yeməkdir. Çuğundur köklərini isə sarımsaq və zeytun yağıyla basdırma kimi edib azca qovura bilərsiniz. 2. Sarımsaq. Tərkibində 33 növ kükürd birləşməsi, 17 növ amin turşusu, falavonoidlər, sink, maqnezium, kalsium, A, B, C vitaminləri olan sarımsaq orqanizmi gəncləşdirir. Malik olduğu antioksidantlar ilə siqaretin, kirli havanın və müxtəlif növ kimyəvi maddələrin orqanizmə verdiyi zərərləri aradan qaldırır, orqanizmdəki toksinləri atır. Bundan əlavə, yağları azaldır, qan laxtalanmasının qarşısını alır, yüksək təzyiqi aşağı salır, damarları qoruyan antioksidant, antimikrobial, antiviral və antiparazitikdir. Son illərdə aparılan araşdırmalar sarımsağın insan genlərinə təsirini aşkarlayıb. Bu xüsusiyyəti ilə epigenetik bir qida olan sarımsaq DNT strukturunda hüceyrə itirilməsini önləyərək qocalmanı ləngidə bilir. Yaşadığımız stress, kədər, hərəkətsizlik hüceyrə itirməyimizə səbəb olur. Yediyimiz sarımsaqlar bu itkilərin qarşısını alır, və ya həcmini azaldır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az v