Tarix açıqlandı: HƏMAS və İsrail görüşür, atəşkəs elan ediləcək
HƏMAS-ın rəsmisi İsraillə məhbus mübadiləsi üçün danışıqların 16 gün ərzində başlayacağını açıqlayıb. Danışıqlar zamanı atəşkəs elan ediləcəyi deyilib.
Demedia.az xəbər verir ki, HƏMAS-İsrail razılaşmasının yenidən işlənmiş təklifində 16 gün ərzində əsgərlər də daxil olmaqla, İsrail girovlarının azad edilməsi üçün danışıqlara başlanılması razılaşdırılıb.
Mənbə bildirib ki, razılaşmanın ikinci mərhələsinin həyata keçirilməsi üçün dolayı danışıqlar davam edəcək. Bu müddət ərzində vasitəçilər müvəqqəti atəşkəsə, yardımların çatdırılmasına və İsrail qoşunlarının çıxarılmasına şərait yaradacaqlar.