Qəzzada həlak olanların sayı 40 minə çatır



 19:05 07.07.2024     414

Son sutka ərzində Qəzza zolağında 55 fələstinli ölüb, daha 123 nəfər yaralanıb.

Demedia.az -ın xəbərinə görə, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Beləliklə, İsrail Ordusunun 2023-cü ilin oktyabrından Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 38 153 nəfərə, yaralananların sayı 87 828 nəfərə çatıb.