AVRO 2024-ə damğasını vuran statistika! Onlar qol vurmadan yarımfinala yüksəliblər.



 15:00 08.07.2024     362

Almaniyanın ev sahibliyi edəcəyi AVRO 2024-ün favoritlərindən olan Fransa ilə bağlı diqqətçəkən statistika ortaya çıxıb.

Demedia.az xəbər verir ki,yarımfinala yüksələn 4 komandadan biri olan Fransa bu turnirdə gözləntiləri doğrulda bilməyib. Fransa millisi AVRO-2024-də keçirdiyi 5 oyunda cəmi 3 qol vurub.İlk oyunda Avstriyanı 1:0 hesabı ilə məğlub edən Fransanın qolunu avstriyalı futbolçu Maksimilian Vöber vurub. Fransanın Hollandiya ilə ikinci qrup oyunu qolsuz bərabərliklə yekunlaşıb. Qrupda üçüncü matçını Polşaya qarşı keçirən Fransa 1:1 hesabı ilə bitən matçda yeganə qolu Mbappenin ayağından penaltidən vurub. Fransa Millisinin son 16 turda Belçikaya 1:0 hesabı ilə qalib gəldiyi bu dəfə Jan Vertongen qolu öz qapısına göndərdi. 1/4 finalda Portuqaliya ilə qarşılaşan “Xoruzlar” normal vaxtda və əlavə vaxtda 0:0, penaltilər seriyasında 5:3 hesablı qələbə qazanaraq yarımfinalçı olub.