Məhşur həkim bütün sirləri açdı - PANİK ATAK, YORĞUNLUQ... -VİDEO



 23:00 09.07.2024     439

Jurnalist Bahadur Seyidov və yazıçı Cəlil Cavanşir "Qara-Qırmızı" adlı yeni verilişini izləyicilərə təqdim edir. Verilişin budəfəki qonağı məşhur həkim nevraloq Qalib Əsədovdur.

Verilişidə bir-çox sosial-iqtisadi problemlərə işıq tutmağa çalışmışıq. Qalib Əliəfsər oğlu Əsədov 1968-ci il yanvarın 20-də Azərbaycan Respublikasının Şəki şəhərində hərbçi ailəsində anadan olub. 1984-cü ildə Şəki şəhər M. Fizulin adına 3 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1984–1985-ci illərdə Şəki şəhəri Mərkəzi Rayon Xəstəxanasının nəzdində olan 652 saylı aptekdə fəhlə işləyib. 1985-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun müalicə profilaktika fakültəsinə qəbul olunub. 1986–1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis edildikdən sonra təhsilimi davam etdirib. Təhsil aldığı dövrdə Bakı şəhər Təcili yardım stansiyasında və Respublika Neyrocərrahiyyə Mərkəzində tibb qardaşı vəzifəsində işləyib. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra Tibb Universitetinin Nevrologiya Kafedrasinda işləyib, elmi fəaliyyətlə məşğul olub. 1993-cü ildə "Epilepsiya xəsətəliyinin əmələ gəlməsində meyilli faktorlar" adlı elmi işinə görə Bakı Dövlət Universitetinin Elmi Şurasının keçirdiyi müsabiqdə "İlin ən yaxşi gənc elmi tədqiqatçisi" nominasiyasında birinci yeri qazanıb. İki çap olunmuş elmi məqalənin müəllifidir. Sonra Şəkiyə qayıdaraq Mərkəzi Rayon Xəstəxanasının əsəb xəstəlikləri şöbəsində nevroloq vəzifəsində çalışmışdır. 2005-ci ildə Şəkidə Əlillərin Regional Bərpa Mərkəzi yaradılarkən, oranin ilk Baş Həkimi vəzifəsinə təyin olunub. 2009-cu ildə, yuxarı ətrafları işləməyən xəstələrin reabilitasiyasında yeni metod işləyib hazırladığına görə Səhiyyə sahəsində "İlin qalibi" olub və xüsusi diplomla mkafatlandırılıb. 2010-cu ildə Ukrayna Respublikasında Burdenko adına Spinal sanatoriyada klinik təcrübə keçib. Eyni zamanda dəfələrlə İstanbul, Vyana və digər şəhərlərdə keçirilən elmi konfranslarda iştirak edib. 2012-ci ildə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Nevroloji Ana Bilim Dalında klinik təcrübə keçmişdir. Türkiyə Respublikasından qayıtdıqdan sonra Bakı şəhərində müxtəlif özəl tibb müəssisələrində çalışmışdır. Avropa Nevrologiya Akademiyanin Həqiqi üzvüdür.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.