18 saat davam edən yanğın mahalı külə çevirdi!



 16:00 10.07.2024     353

Muğlanın Bodrum rayonunda meşə sahəsində başlayan yanğın havadan və qurudan müdaxilə ilə çətinliklə nəzarətə götürülüb.

Demedia.az xəbər verir ki,  Bodrumun Pınarbelen rayonunda meşə sahəsi dünən saat 14.15 radələrində alovlara təslim olub. Hadisə yerinə 8 təyyarə, 10 helikopter, 2 jandarm, 2 Quru Qoşunları helikopteri, 120 su maşını, 50 yanğınsöndürən maşını, 1 Milli Tibbi Xilasetmə Qrupunun (UMKE) maşını, 2 təcili yardım maşını, jandarma və polisə aid 5 TOMA, 16 su tankeri cəlb olunub. Səbəbi müəyyən edilə bilməyən yanğına 500 personal ilə müdaxilə edildi.
Küləyin şiddəti artdıqca, təyyarələr Etrim kəndində Sevda təpəsinə doğru irəliləyən alova qarşı yüzlərlə uçuşlar edib, alovun irəliləməsinin qarşısını almaq üçün mübarizə aparıb. Quruda meşə işçiləri və yanğınsöndürmə briqadaları metrlərlə şlanqları sıldırım yolda kilometrlərlə yanğın ərazisinə apararaq alovla mübarizə aparıblar.
Muğla valisi İdris Akbıyık, Muğla Böyükşəhər Bələdiyyə Başçısı Əhməd Aras, Bodrum Baş məmuru Mustafa Çit, Bodrum Bələdiyyə Başçısı Tamer Mandalıncı da bölgəyə gələrək araşdırmalar apardı.

ƏFSANƏ