Yoldaşlıq matçında dava düşdü
Yeni mövsüm öncəsi hazırlıqlarını Avstriyada davam etdirən "Fənərbaxça" 2-ci hazırlıq matçında Xorvatiya Liqası komandalarından "Hajduk Split"lə qarşılaşıb.
Demedia.az xəbər verir ki, Sarı-göylülər 1:0 hesabı ilə uduzsa da, matçın ilk hissəsində gərgin anlar yaşanıb.
Matçın 30-cu dəqiqəsində “Fənərbağça”nın futbolçusu Aleksandr Djiku ilə “Hajduk Split”in futbolçusu Marko Livajanın qoşa döyüşündən sonra gərginlik yaranıb. Qəzəblərinə hakim ola bilməyən futbolçular birdən bir-birinin boğazından yapışıblar.
Ehtiyat oyunçular skamyada oturan futbolçular meydana daxil olaraq atmosferi yumşaltmağa çalışırdılar. Sarı-göylülərin dünyaca məşhur portuqaliyalı çalışdırıcısı Joze Mourinyo da meydana daxil olaraq hər iki futbolçunu sakitləşdirib. Matçın baş hakimi gərginliyə görə həm Djiku, həm də Livaja sarı vərəqə göstərib.