Cenk Tosun "Fənərbaxça" ilə anlaşıb



 20:30 12.07.2024     428

Yeni mövsümün hazırlıqlarına ara vermədən davam edən Super Liqa nəhəngi "Fənərbaxça" "Beşiktaş"la müqaviləsi başa çatan milli futbolçu Cenk Tosunla müqavilə imzalayıb.

Demedia.az xəbər verir ki,  "Fənərbağça" "Beşiktaş"la müqaviləsi başa çatan Cenk Tosunla görüş keçirib. Sarı-göylülər futbolçu üçün rəsmi təklif irəli sürərkən, qısa müddətdə razılığa gəliblər. Cenkin rəsmi müqaviləyə şənbə günü imza atacağı bildirilirdi ki, sarı-göylülər futbolçu üçün rəsmi təklif edib və 2 illik razılığa gəliblər. Cenk Tosunun 2 illik xərcinin maaş və imza pulu ilə birlikdə 2,5 milyon avroya yaxın olacağı öyrənilib. Ötən mövsüm "Beşiktaş"ın heyətində 47 matçda meydana çıxan Cenk Tosun 11 qol vurub, 5 məhsuldar ötürmə edib.