Görün hansı ulduz futbolçu Yamaldan formasını istəyib



 10:00 13.07.2024     323

İspaniya millisinin vingeri Lamin Yamal maraqlı açıqlama verib.

Demedia.az xəbər verir ki, fransalı hücumçu Kilian Mbappe ondan Avro 2024-ün yarımfinal oyunundan sonra formalarını dəyişməsini istədiyini bildirib. "Kilian oyundan sonra köynəyimi istədi", - deyə 16 yaşlı futbolçu söyləyib.

Qeyd edək ki, görüş İspaniyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Matadorlar" Avro-2024-ün finalında İngiltərə ilə qarşılaşacaq. Oyun iyulun 14-də baş tutacaq.