Sarıkökün bu Faydasını 90% İnsan Bilmir



 22:25 13.07.2024     557

Sarıkökün ətri, dadı və müalicəvi gücü, minilliklərdir ki, insanların həyatına, təfəkkür tərzinə fərqli tərzdə sirayət etməkdədir. Ölkəmizdə sarıkök ilə bağlı ən geniş yayılmış adət belədir: xəstə yatan və ya cərrahi əməliyyatdan yenicə çıxmış insana hazırlanan duru yeməklərə ədviyyatlardan yalnız sarıkök vurulur. İnanılır ki, xəstənin iştahası açılacaq. Ardınca da o məşhur məsəl gəlir: “İştahı varsa, sağalacaq!” Sarıkök özünəxas təbii və mistik xüsusiyyətləri ilə dünya xalqlarının inanc sistemində də rol oynamışdır. Bitkinin qeyri-adiliyi insanları məcbur edib ki, onu təbiətin, hətta tanrıların hədiyyəsi saysınlar. Sarıkökün xalqların inanc sistemindəki yerinə baxaq: 1. Çində sarıköklə bağlı olan əfsanələrdən biri “İlk bitki” adlanır. Əfsanəyə görə, dünyada ilk dəfə bitki olaraq sarıkök cücərib. Təbiətin ən qədim və ən güclü bitkisinin cücərmə məqsədi isə bu olub: insanlara sağlamlıq, uzun ömür bəxş etmək. “Pan Tuo Feng əfsanəsi”ndə qeyd olunur ki, sarıkök dağlardan gəlib. İnsanları haçansa gələcək fəlakətə hazırlayır: gücləndirir, dözümlü edir, həmçinin, insanlar arasındakı münasibətləri tənzimləyir. Sarıkök sayəsində insanlar bir-birinə, mənəvi dəyərlərə bağlanır. 2. Koreyada sarıkökün digər adı “Səmadan gələn bitki”dir. Yerli əhali əmindir ki, sarıkök tanrıların insanlara hədiyyəsidir. Ümumiyyətlə, Koreyada sarıkökün sağlamlığa müsbət təsiri, qocalığı ləngitməsi ilə bağlı əfsanələr çoxdur. “Ginseng –nyeo” adlı əfsanədə sarıkök qadın cildində təsvir edilir. Bu qadın insanların sağlamlığına, xoşbəxtliyinə çalışan fövqəlinsan varlıqdır. 3. Yaponiyada sarıkök fövqəltəbii güclərlə əlaqələndirilir. Qeyd olunur ki, bitki gizli güclərə malik ruhani varlıqların insana ərməğanıdır. Ona görə də, qudsaldır. Yaponiyada bəzi ruhani mərasimlərdə sarıkökdən istifadə edilir. “Sarı kəndin rəssamı” adlı əfsanədə sarıkökün rənginin mistik anlamından danışılır. Rəssamın bütün həyatı sarıkökün rənginə bağlıdır. Sağlamlıqda, mənəviyyatda daim çalışan, pisliklərlə mübarizə aparan sarıkök nəhayətində yorğun düşür və növbəti dəfə güclənmək üçün dayağı təbiət olur. 4. Sibir şamanları hələ qədimdən sarıkökün müalicəvi xüsusiyyətlərindən xəbərdar olublar. Onun bu hünərindən yola çıxaraq daxili arınma mərasimlərində sarıkökdən bolluca istifadə ediblər.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.