Bu Qidaları Yeyənlər Heç Vaxt XƏRÇƏNG OLMUR!



 23:35 13.07.2024     439

 

1. Çuğundur. Bu göyərti iki məşhur antioksidantın- sirenik turşunun və kaempferolun qaynağıdır. Çuğundur, həmçinin, karbohidratları adi şəkərə çevirən ifrazatları önləyir, beləcə, qanda şəkərin tənzimlənməsində önəmli rol oynayır. Xərçəngə səbəb olan toksinlərdən hüceyrələri qoruyur, iltihablanmanı azaldır, ürək xəstəliyi, diabet və digər xroniki xəstəliklərə tutulmaq riskini azaldır. Əgər gündəlik atışdırmalıqların, məsələn; sendviçlərin və ya dürməklərin içinə çuğundur yarpaqları qoysaq, ən təbii və asan antioksidantı qəbul etmiş olarıq. Bəs, çuğundur yarpaqlarını necə bişirmək lazımdır ki, qida dəyəri itməsin? Yarpaqları kökdən ayırın, suya çəkin. Bir tavanı azca isidin, yarpaqları isti tavaya düzüb qarışdıra-qarışdıra bişirin. Ədvalar və yağ zövqə görədir. Amma ən sağlamı azca bişmiş yarpaqları yağsız yeməkdir. Çuğundur köklərini isə sarımsaq və zeytun yağıyla basdırma kimi edib azca qovura bilərsiniz. 2. Sarımsaq. Tərkibində 33 növ kükürd birləşməsi, 17 növ amin turşusu, falavonoidlər, sink, maqnezium, kalsium, A, B, C vitaminləri olan sarımsaq orqanizmi gəncləşdirir. Malik olduğu antioksidantlar ilə siqaretin, kirli havanın və müxtəlif növ kimyəvi maddələrin orqanizmə verdiyi zərərləri aradan qaldırır, orqanizmdəki toksinləri atır. Bundan əlavə, yağları azaldır, qan laxtalanmasının qarşısını alır, yüksək təzyiqi aşağı salır, damarları qoruyan antioksidant, antimikrobial, antiviral və antiparazitikdir. Son illərdə aparılan araşdırmalar sarımsağın insan genlərinə təsirini aşkarlayıb. Bu xüsusiyyəti ilə epigenetik bir qida olan sarımsaq DNT strukturunda hüceyrə itirilməsini önləyərək qocalmanı ləngidə bilir. Yaşadığımız stress, kədər, hərəkətsizlik hüceyrə itirməyimizə səbəb olur. Yediyimiz sarımsaqlar bu itkilərin qarşısını alır, və ya həcmini azaldır. 3. Brokoli. Başda A və C vitamini olmaqla, böyük miqdarda vitaminə malik brokolidə lif, kalium və kalsium da var. Tərkibindəki sulforafan fitokimyəvilər ilə qanda olan yüksək şəkərin damar çəpərlərinə və toxumalara xəsarət yetirməsinin önünə keçir. Bundan əlavə, diabetin orqanizmə verdiyi zərərin də qarşısını alır. Gözlərimizin sağlamlığı üçün lazım olan lutein və zeaksantinlə zəngin olan brokoli makulodistrofiya, katarakt kimi göz xəstəliklərində də müsbət təsir edir. Diabetin irəli səviyyələrinin gözlərə vurduğu ziyanın aradan qaldırılmasında da brokoli köməyə çatır. Faydasını görmək üçün brokoli xəfif buxarda bişirilməlidir. 4. Qara kələm. Mətbəximizdə az istifadə olunsa da, qara kələm mədə turşusunun ən yaxın dostudur. Pis xolesterolun səviyyəsinin azalmasına, tərkibindəki fitokimyəvilər sayəsində orqanizmin toksinlərdən təmizlənməsinə kömək edən qara kələmi isti suda pörtlədin, sarımsaq və limon suyu əlavə edərək yeyin. 5. Çin kələmi. Əzələ sisteminin möhkəmlənməsində və qan təzyiqinin normada qalmasında kaliumla zəngin Çin kələmi köməyə çatır. Ağ qan hüceyrələrinin hərəkətini artıraraq immuniteti gücləndirən, tərkibindəki A vitamini sayəsində görmə qabiliyyətimizə faydalı olan Çin kələmini mətbəximizə daxil etmək üçün qlobal dünyanın bizə verdiyi fürsəti dəyərləndirməliyik. Qeyd edim ki, Çin kələmi toyuq əti və müxtəlif tərəvəzlərlə qatılaraq da yeyilir. 6. Kələm... Bu, bizim süfrələrimizin bəzəyi kələmdir. Qlükozinolat, kampferol kimi xərçənglə savaşan birləşmələrlə zəngin kələm orqanizmin müdafiəçisidir. Ürək xəstəliklərinə tutulmaq riskini azaldır, qanda şəkəri tənzimləyir, sümükləri möhkəmlədir, iltihablanmanın qarşısını alır. “Tərəvəzlərin kralı” olan kələm göz xəstəliklərinin önünə keçən lutein və zeaksantin kimi antioksidantlarla zəngindir. Doğranmış kələmi zeytun yağında soğanla birgə qovurub yemək faydalıdır. 7. Vəzəri. Bəli, vəzəri ilə möcüzə qapılarını aça bilərsiniz. Bu göyərti orqanizmin ehtiyacı olan K vitamininin gündəlik təminatçısı sayıla bilər. Qeyd edim ki, K vitamini qanın laxtalanmasının, arteriyaların çevrəsində çöküntülərin əmələ gəlməsinin, artrit kimi bir çox xroniki xəstəliyin qarşısının alınmasında önəmli rol oynayır. İki ay ərzində hər gün vəzəri yesəniz, DNT-nizdəki xəsarətlər aradan qalxar, xərçəng riski və triqliserid səviyyəsi önəmli dərəcədə azalar. Hüceyrələrin sağlamlığını qoruyan vəzəri damar sərtləşməsini, ürək xəstəlikləri riskini aradan qaldırır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.