İsrailin Qəzzaya son 24 saatda təşkil etdiyi hücumlarda 80 fələstinli həyatını itirib
İsrailin Qəzzaya son 24 saatda təşkil etdiyi hücumlarda 80 fələstinli həyatını itirib
Demedia.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 283 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücumlarda daha 80 fələstinlinin həyatını itirdiyi, 216 fələstinlinin isə yaralandığı bildirilib.
İsrail qüvvələrinin dünən mərkəzi hissədəki Nüseyrat Qaçqınlar Düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) bağlı məktəbə təşkil etdiyi hücumda 22 fələstinlinin öldüyü, 102 nəfərin yaralandığı açıqlanıb.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən Qəzzada davam edən hücumlarında həlak olan fələstinlilərin sayının 38 min 664, yaralı sayının isə 89 min 97 olduğu qeyd edilib.