"Qalatasaray" yoldaşlıq görüşündə "Fortuna Düsseldorf"a 5:2 hesabı ilə uduzub



 13:00 16.07.2024     501

Yeni mövsüm düşərgəsi üçün Avstriyada olan "Qalatasaray" ikinci yoldaşlıq matçında Bundesliqa 2 komandalarından "Fortuna Düsseldorf"la qarşılaşıb.

Demedia.az xəbər verir ki, "Raiffeisen Arena"da keçirilən görüşdə sarı-qırmızılılar 5:2 hesabı ilə məğlub olub.
Almaniya yığmasının qollarını 22-ci dəqiqədə İyoha, 25-ci dəqiqədə Niemiek, 64-cü dəqiqədə Şmidt, 73-cü dəqiqədə Zimmermann və 83-cü dəqiqədə Affo vurub. Cimbomun qollarını 35-ci dəqiqədə Kerem Demirbay, 60-cı dəqiqədə isə Mertens vurub.
Düşərgənin ilk hazırlıq matçında "LASK Linz"ə 3:2, ikinci hazırlıq matçında isə "Fortuna Düsseldorf"a 5:2 hesabı ilə uduzan "Qalatasaray" daha 3 matça çıxacaq. Sarı-qırmızılı komanda iyulun 18-də Trençin, 24-də Leççe, 27-də isə Parma ilə qarşılaşacaq.