Qaret Sautqeytin İngiltərə millisindəki dövrü başa çatıb



 18:00 16.07.2024     758

Avropa çempionatının iki finalında məğlub olan yeganə menecer olan Qaret Sautqeyt İngiltərə millisini tərk edib.

Demedia.az xəbər verir ki, Qaret Sautqeyt finalda 2 Avropa çempionatını uduzan İngiltərə millisindən istefa verib. Sautqeyt AVRO-2024-də oyunçu seçimləri ilə də tənqid hədəfinə çevrilmişdi. Qaret Sautqeyt dövründə İngiltərə 102 matçda 64 qələbə, 20 heç-heçə və 18 məğlubiyyət əldə etmişdi.