"Fənərbağça"nın sabiq baş məşqçisi İsmail Kartal infarkt keçirməsi ilə bağlı deyilənləri cavablandırdı.



 19:36 17.07.2024     430

"Fənərbağça"nın sabiq baş məşqçisi İsmail Kartal sosial media hesabında infarkt keçirdiyi iddiaları ilə bağlı açıqlama yayıb.

Demedia.az xəbər verir ki, sosial mediada İsmayıl Kartalın infarkt keçirərək reanimasiyaya aparıldığı iddiaları gündəmə gəlib. İddialardan sonra sosial media hesabından açıqlama verən Kartal başda olmaqla futbolsevərləri qorxuya salan bu xəbər, "Hər il olduğu kimi bu dəfə də xəstəxanada müntəzəm olaraq sağlamlıq müayinələrim üçün müxtəlif müayinələrdən keçdim. Ürək böhranı keçirdiyim iddiası doğru deyil. Əziz izləyicilərimi, sevdiklərimi və pərəstişkarlarımı belə yalan xəbərlərlə narahat etməmək üçün bu açıqlamanı verməyə ehtiyac duydum Zəng edən və soruşan hər kəsə çox təşəkkür edirəm..."