Vitamin B12 Çatışmazlığının VACİB ƏLAMƏTLƏRİ -VİDEO



 14:30 23.07.2024     445

Hazırda B12 vitamininin çatışmazlığı sağlamlıq problemi kimi, olduqca geniş yayılıb. Əksər hallarda, yaşlı və qoca insanlarda, həmçinin, ət məhsulları yeməyənlərdə B12 vitamini çatışmazlığına rast gəlinir. B12 vitamini çatışmazlığı ciddi xəstəliklərin qaynağıdır. Bu vitamin orqanizmdə müxtəlif funksiyalar yerinə yetirir. Videoda məhz bu funksiyalar, eyni zamanda, B12 çatışmazlığının səbəb olduğu problemlər haqqında danışacağam. B12 vitamininin funksiyaları və onların orqanizm üçün əhəmiyyəti. Sianokobolamin, yəni, B12 vitamini suda həll olan vitamindir. O, onurğa beynində eritrositlərin yaranmasında, periferik sinir sisteminin normal fəaliyyətində əvəzsizdir. Orqanizmə lazım olan vitaminləri yalnız qida vasitəsilə ala bilirik. Təkcə D vitamini böyrəklər vasitəsilə sintez edilir. Sianokobolamin daha çox ət məhsullarında var. Onun qəbulu bütün orqanizmin sağlamlığı üçün lazımdır. B12 vitamini ilə zəngin qidalar bunlardır: inəyin və qoyunun içalatı. Risk qrupundakılar kimlərdir? B12 vitamini ilə zəngin olan qidaları qəbul etməyənlər daha böyük risklə üz-üzədirlər. Məsələn; vegeterianlar. İkinci səbəb, tərkibində B12 olan qidaların orqanizm tərəfindən düzgün mənimsənilməməsidir. Məsələn; mədə atrofiyası olanlar və ya mədə əməliyyatından çıxanlar. Parazit infestasiyası da B12 çatışmazlığına gətirib çıxarır. Mədə turşuluğunu azaldan dərmanlar B12-nin mənimsənilməsinə mane olur. Xəstəliklərin kliniki əlamətləri. 1. Dərinin solğunluğu. Hər bir dərinin individual rəngi olur. B12 vitamini çatışmayanda dəri solğunlaşmaqla bərabər, bir az da sarı rəngə çalır. Çünki B12 çatışmazlığı eritrositlərin yaranmasını ləngidir. Eritrositlərin yaşam müddəti 120 gündür. Onlar ilikdə yaranır və ordan qana ötürülür. Eritrositlər hüceyrələrin oksigenlə təmin olunmasına cavabdehdir. Eritrositlərin azalması “B12 çatışmazlığı səbəbilə anemiya” adlı xəstəliyi yaradır. Bundan əlavə, B12 çatışmadıqda, eritrositlərin ömrü də qısalır. Nəticədə, bilirubin səviyyəsi yüksəlir ki, bu da dəriyə sarı rəng verir. 2. Halsızlıq və zəiflik. Eritrositlərin sayının azalması orqanizmdə daimi yorğunluq hissi yaradır, insanın iş qabiliyyəti azalır. Bayaq da dedim ki, eritrositlər hüceyrələrin oksigenlə təmin olunmasına cavabdehdir. Oksigen enerji deməkdir. Onsuz hüceyrələr ölür və ya funksionallıqları azalır. Halzıslıq, yorğunluq məhz bundan qaynaqlanır. Xüsusilə, idmançılar üçün hüceyrələrin daimi oksigenlə təmin olunması mütləqdir. Çünki onların əldə edəcəkləri uğurun açarı burdadır. 3. Tarazlığı itirmək. B12 vitamini periferik sinir sisteminin fəaliyyətini dəstəkləyir. Onun çatışmazlığında sinir impulslarının ötürülməsində qırılmalar baş verir. Bu da tarazlığın və koordinasiyanın pozulmasına gətirib çıxarır. Həmçinin, orqanizmdəki bəzi mövcud xəstəliklərin kəskinləşməsinə yol açır, hərəkəti məhdudlaşdırır. Bunlar olduqca ağır nəticələrdir. Xüsusən də, 50 yaşdan yuxarı insanlar bu halla daha tez-tez rastlaşırlar. Əgər hansısa gənc insanda tarazlığın pozulması baş verərsə, demək, B12 çatışmazlığı artıq böhran həddindədir. Vaxtında aşkarlanan problem və həlli yolunda görülən tədbirlər sayəsində vəziyyəti düzəltmək olar. 4. Əl və ayaq barmaqlarında paresteziya. Sinirlərin mielin qabığında B12 vitamini var. Mielin sinir hüceyrələrinin xaricdən müdafiə olunmasını təmin edir. B12 vitamininin çatışmazlığı mielin qabığının strukturunu pozur. Bu da əl və ayaq barmaqlarında qıcıqlanmaya, qısamüddətli əsmələrə səbəb olur. Bu kimi əlamətlər bir yerdə “paresteziya” adlanır. B12 vitamini çatışmazlığında bu sindroma çox tez-tez rast gəlinir. Lakin bir şeyi qeyd etməliyəm ki, bu sindrom təkcə B12 vitamini çatışmazlığının xəbərçisi deyil, bir çox xəstəliklərin özünü göstərmə şəkli ola bilər. 5. Görmə qabiliyyətinin azalması. Haqqında danışdığım patalogiyanın ən bariz əlamətlərindən biri məhz gözlərin zəifləməsidir. Proses sinir liflərinin zədələnməsi ilə başlayır. Sinir liflərinin zədələnməsi polineyropatiya adlanır. Gecikmədən yetəri qədər B12 vitamini qəbul edəndə, bütün simptomlar yoxa çıxır. 6. Dilin zədələnməsi və xərçəng riskinin yüksəlməsi. Dilin zədələnməsi onun strukturunun modifikasiyasıdır. O, hamar olur və relyefini itirir. Bu, dad reseptorlarının itməsinə səbəb olur. Dildə sinir uclarının açığa çıxması isə ağrılar yaradır. Həmçinin, dil iltihablanır, qızarır ki, bu durumun tibbi adı qlossit`dir. Qlossit yeməyə və danışmağa mane olmur, amma həyat keyfiyyətini aşağı salır. Vaxtında həkimə müraciət edin ki, simptomun dəqiq səbəbi aşkarlansın. Nadir hallarda da olsa, qlossit xərçəngin ilkin əlaməti sayılır. 7. Qızdırmanın qalxması. B12 vitamini çatışmazlığının qızdırma ilə özünü biruzə verdiyi elmi cəhətdən sübut olunmayıb. Amma patalogiyanın mövcudluğunun qızdırma ilə müşahidə olunması halı çoxdur. B12 vitamininin qəbulundan sonra simptom öz-özünə yox olur.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.