Qəzzada ölənlərin sayı 39 min 90-a çatıb



 22:01 23.07.2024     398

Qəzzada ölənlərin sayı 39 min 90-a çatıb.

Demedia.az xəbər verir ki, İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 8 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 84 fələstinlinin həyatını itirdiyi, 329 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 39 min 90-a, yaralıların sayı isə 90 min 147-yə çatıb.