Demək olar ki, yerimizi itirdik
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda təmsilçimiz “Fənərbaxça” səfərdə İsveçrənin “Luqano” komandası ilə üz-üzə gəlib.
Demedia.az xəbər verir ki, Sarı-göylülər meydandan 4-3 hesablı qələbə ilə ayrılmağı bacarıb və cavab görüşü öncəsi üstünlüyü ələ keçirib. Kanarya bu 3 xalla UEFA-nın ölkə xal sıralamasına ciddi töhfə verib. UEFA ölkə xalları reytinqində 9-cu yer uğrunda Türkiyə Çexiya ilə yarışır. İki ölkə arasındakı xallar bir-birinə olduqca yaxındır. Belə olan halda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində rəqibi “Şemrok”u 2:0 hesabı ilə məğlub edən Çexiyanın “Sparta Praqa” komandası xalını 33 min 750-yə yüksəldib. Təmsilçimiz “Fənərbaxça”nın İsveçrənin “Luqano” komandası ilə səfərdə qazandığı qələbə UEFA ölkə hesabına 0,200 töhfə verib. Bununla da Türkiyənin xalı 33.800 olub və 9-cu yerini qoruyub.