Yeraltı hidrotermal partlayış: Turistlər canlarını çətinliklə xilas etdilər



 19:01 24.07.2024     333

Yellowstone Milli Parkında gözlənilməz hadisə baş verib. Yeraltı hidrotermal partlayış yüzlərlə metr hündürlüyə çatan nəhəng qara göbələk buludunu yaratdı.

Demedia.az xəbər verir ki, hadisə zamanı parka gələn ziyarətçilər canlarını qurtarmaq üçün qaçmağa məcbur olublar. Hadisə şahidlərinin çəkdiyi qorxulu görüntülərdə onlarla turistin termal hovuzlara gedən sahil yolunda panikaya düşərək qaçdığı görünür. Bəzi ziyarətçilərin ətrafa səpələnmiş iri qaya parçaları səbəbiylə qışqırdığı da qeydə alınıb. Bununla belə, təhlükəsizlik səbəbi ilə Biskvit hövzəsi ərazisi, dayanacaq və gəzinti yolları müvəqqəti olaraq bağlanıb. Qurum hadisənin vulkanik fəaliyyət əlaməti olmadığını və maqmanın səthə qalxmasından qaynaqlanmadığını vurğulayıb. və hələ də buxar verən yeraltı qazanı araşdırmağa çalışdığını ifadə edən Yellowstone, "Dünyanın ən böyük və ən müxtəlif təbii termal birləşmələrə ev sahibliyi etdiyini xatırlatdı. Bu qeyri-adi partlayış Yellowstone geoloqları tərəfindən ətraflı şəkildə araşdırılır.