Qalatasarayda ayrılıq!
Tete gözlənilənləri çatdıra bilmədiyi üçün “Qalatasaray”la yollarını ayırır.
Demedia.az xəbər verir ki, sarı-qırmızılılar braziliyalı futbolçunun transferi üçün Yunanıstanın "Panatinaikos" komandası ilə anlaşıb. Sports Digitale-dən Yağız Sabuncuoğlunun xəbərinə görə; "Panatinaikos" və "Qalatasaray" Tetenin transferi üçün razılığa gəlib. Braziliyalı futbolçu tibbi müayinədən keçmək üçün Afinaya yollanır. İstanbulda olan futbolçunun meneceri “Qalatasaray”la ayrılıq danışıqlarını yekunlaşdırıb.
Digər tərəfdən SDNA Yunan mətbuatında iştirak edən xəbərə görə; "Panatinaikos" "böyük transfer" kimi gördüyü Teteni heyətinə qatmaq üçün "Qalatasaray"la prinsipial razılığa gəlib. Xəbərdə "Panatinaikos"un da Tete ilə anlaşdığı və futbolçunun qısa müddətdə Yunanıstana gedərək müqavilə imzalayacağı bildirilib.