Məscid imamı zərərsizləşdirdiyi şübhəlinin həyatını xilas etdi



 22:26 24.07.2024     433

Sakaryanın Sapanca rayonunda məscidə gələn şəxs əlindəki bıçaqla bədəninə xəsarət yetirməyə başlayıb.

Demedia.az xəbər verir ki,vəziyyəti görən imam adamın üstünə cumdu, onu zərərsizləşdirdi və qarşısını aldı. Həmin anlar məscidin təhlükəsizlik kameralarına anbaan əks olunub. Kurtköy Rayon Mərkəzi Məscidində baş verən hadisədə ruhi cəhətdən qeyri-sabit olduğunu iddia edən O.K., ayrı qaldığı dostu ilə barışa bilmədiyi üçün məsciddə yanındakı bıçaqla özünə xəsarət yetirməyə başlayıb. Bunu görən məscid imamı Məhərrəm Kiraz araya girərək şəxsi zərərsizləşdirib. Bıçaq camaatın köməyi ilə şəxsin əlindən alınarkən, müdaxilə anı təhlükəsizlik kamerasına anbaan düşüb.
Görüntülərdə əqli cəhətdən qeyri-sabit olduğu iddia edilən şəxsin bıçaqla özünə xəsarət yetirməyə çalışdığı, məscid imamının müdaxilə edərək şəxsi xilas etdiyi, vətəndaşların köməkliyi ilə bıçağın əlindən alındığı əks olunub.