"La Fiorita"nı 6-1 hesabı ilə məğlub edib



 12:00 26.07.2024     434

UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Başakşehir Fatih Terim stadionunda RAMS Başakşehir və San Marino komandası La Fiorita qarşılaşıb.

Demedia.az xəbər verir ki,qarşılaşmada 6-1 qalib gələn RAMS Başakşehir bu qələbə ilə turun qapısını açıb. Mütləq favorit olduğu matça sürətli başlayan RAMS Başakşehir 5-ci dəqiqədə Berkay Özcanın vurduğu qolla 1-0 önə keçdi. Bu qoldan sonra küləyin arxasına keçən İstanbul komandası 13-cü dəqiqədə Davidson, 29-cu dəqiqədə Joao Figueiredo və 43-cü dəqiqədə Olivye Kemenin qolları ilə ilk yarını 4-0 öndə bağladı.
Narıncı-göylər ikinci hissənin əvvəlində daha bir qol vurub. Joao Figueiredo yenidən səhnəyə çıxıb və 2-ci, komandasının isə 5-ci qolunu vurub. Daha bir qol 71-ci dəqiqədə Kşiştof Pyatekdən olub. Qonaq komanda La Fiorita 58-ci dəqiqədə Nikola Qreko ilə matçda yeganə qolunu vurub. Qalan dəqiqələrdə başqa qol olmadığından RAMS Başakşehir meydandan 6-1 qalib ayrılıb.