Fransada Olimpiya Oyunlarının açılışına saatlar qalmış sürət qatarlarında təxribat törədilib



 14:00 26.07.2024     448

100 ildən sonra Parisdə keçirilən Olimpiya Oyunları bugünkü açılış mərasimi ilə rəsmi olaraq başlayacaq.

Demedia.az xəbər verir ki,Türkiyə vaxtı ilə saat 20.30-da başlayacaq oyunların açılış mərasimi 210 dəqiqə davam edəcək. Fransanın paytaxtı Parisdə oyunlar üçün sıx təhlükəsizlik tədbirləri görülərkən bu səhər təxribat xəbəri gəlib. Fransa rəsmiləri ölkədəki yüksək sürətli qatar şəbəkəsinin Olimpiadanın açılışına saatlar qalmış təxribata məruz qaldığını bildirib.
AFP xəbər agentliyi koordinasiya edilmiş kimi görünən təxribatın yüksək sürətli qatar şəbəkəsini iflic etmək məqsədi daşıdığını bildirib. Fransız dəmir yolu şirkəti SNCF üç ayrı xəttin yandırıldığını və yanğının başladığını açıqladı.