Türkiyənin Kahramanmaraş vilayətində meşə yanır



 18:30 30.07.2024     621

Türkiyənin Kahramanmaraş vilayətində meşə yanır.

Demedia.az   NTV-yə istinadən xəbər verir ki, hadisə vilayətin Onikişubat rayonunda qeydə alınıb. Hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Hadisə yerinə dörd helikopter, bir pilotsuz uçuş aparatı (PUA), 13 suçiləyici, beş su tankeri, üç ilkin müdaxilə texnikası, dörd iş maşını, altı yanğınsöndürən maşın və 20-si könüllü olmaqla 130 nəfərlik şəxsi heyət cəlb olunub.

Hələlik yanğının səbəbi məlum deyil.