Televiziyadan SƏVİYYƏSİZ VERİLİŞLƏRİ necə yığışdıraq? Vüqar Qaradağlı -VİDEO



 11:00 31.07.2024     672

Jurnalist Bahadur Seyidov və yazıçı Cəlil Cavanşir "Qara-Qırmızı" adlı yeni verilişini izləyicilərə təqdim edir. Verilişin budəfəki qonağı Azərbaycan Respublikasının əməkdar jurnalisti, BDU-nun dosenti, alim Vüqar Qaradağlı oldu. Vüqar Qaradağlı 1966-cı il noyabrın 24-də Bakıda anadan olub. 1983-cü ildə orta məktəbi, 1990-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. 1985–1987-ci illərdə hərbi xidmətdə olub. Əmək fəaliyyətinə Bakı Dövlət Universitetindən başlayıb. Bu universitetin baş laborantı (noyabr, 1990 – may, 1991), tədris hissəsinin böyük inspektoru (1991, may – oktyabr, 1992), Ərəb filologiyası kafedrasının müəllimi (oktyabr, 1992 – mart, 1994), Baş müəllimi (mart, 1994 – dekabr, 2006) vəzifələrində çalışıb. 1994-cü ilin fevralından 1999-cu ilin sentyabr ayınadək BDU-nun İlahiyyat fakültəsinin ilk dekan müavini işləyib. 2006-cı ilin dekabrından Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının dosentidir. 2012–2017-ci illərdə Azad Azərbaycan MTRK-nın prezidenti olub. 2022-ci ilin fevral ayından Ərəb filologiyası kafedrasının müdiridir. Filologiya üzrə fəlsəfə doktorudur.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.