Narin Güranın əmisinin ifadəsi sosial mediada yayıldı



 12:30 10.09.2024     417

Xəbər verdiyimiz kimi 21 avqust tarixində itkin düşən, bu günlərdə isə meyti tapılan Narin Güranın əmisi ilə birgə ailəsi də həbs edilib. İlk dindirilmədən sonra Narinin atası sərbəst buraxılıb.

Demedia.az türk mediasına istinadən xəbər verir ki, Narinin əmisinin ilkin dindirilmə zamanı verdiyi ifadə sosial mediada yayılıb.

İfadəsində Salim Güran Narinin ölümündə günahı olmadığını, ona qarşı sürülən ittihamların yalan olduğunu vurğulayıb.

Polisin, "Narinin atası sənsən?" sualına isə "Elə bir söhbət yoxdur" deyib.