Serxio Ramos "Qalatasaray"a yaşıl işıq yandırıb



 13:00 12.09.2024     402

Hazırda klubsuz olan Serxio Ramos bir müddət əvvəl Botafoqonun etdiyi təklifi rədd etmişdi.

Demedia.az  xəbər verir ki,  "Qalatasaray"ın radarında olan ulduz futbolçu Superliqaya çox yaxındır... Karyerasını Avropada davam etdirmək istəyən Ramos "Botafoqo"nun təklifini rədd edib. Cibində son seçim kimi Səudiyyə Ərəbistanı olan Ramos karyerasını rəqabətli komandada bitirmək istəyir. "Qalatasaray" ulduz futbolçuya 2 illik müqavilə və illik 5 milyon avro təklif edib. Sarı-qırmızılıların təklifinə yaşıl işıq yandıran Ramos üçün İspaniya mətbuatı "İmza üçün İstanbula gedir" kimi manşetlərə çıxıb.