Qəzzada ölənlərin sayı ölənlərin sayı 41 min 118-ə çatıb



 09:52 13.09.2024     391

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 118-ə çatıb.

Demedia.az  xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 342 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrində 3 qırğın həyata keçirdiyi və bu hücumlarda daha 34 fələstinlinin həyatını itirdiyi, 96 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 41 min 118-ə, yaralı sayının isə 95 min 125-ə yüksəldiyi qeyd edilib.