Sanki müqavilə bağlandı! Lakin Mourinyo Taliskanı istəmirdi



 16:00 13.09.2024     507

Fənərbaxçada transfer dövrü ulduz gücləndirmələrlə sona çatarkən, böyük bir ad da qapıdan döndü. Sarı-göylülər klublarını "Əl-Nassr"la yollarını ayırmağa hazırlaşan Taliska üçün 10 milyon avro ödəməyə razı salıblar.

Demedia.az  İddiaya görə, sarı-göylü komanda Talisca ilə hər məsələdə anlaşıb, lakin Joze Mourinyo komandanın planlamasını nəzərə alaraq bu transferə veto qoyub. "Fənərbaxça" "Əl Nassr"la 10 milyon avroluq transfer qarşılığında anlaşıb və 30 yaşlı futbolçunu razı salıb.
Qurulan təmaslardan sonra rəhbərlik Taliskanın heyətə qoşula biləcəyini baş məşqçi Joze Mourinyoya çatdırıb və “ehtiyac hiss etmirəm” cavabını alıb. Sebastyan Şimankinin Taliscadan daha çox öz sisteminə uyğun olduğunu bildirən portuqaliyalı çalışdırıcının "Komandamızda Şimanski var, Taliskaya ehtiyac yoxdur" cavabından sonra rəhbərlik transferi ləğv edib.