Borular bağlı olduğu halda folekul partlasa hamiləlik baş verə bilərmi? Video



 12:35 14.09.2024     572

Borunun səbəb olduğu qadın sonsuzluğu qadınların təbii yolla hamilə qala bilməməsinə səbəb olan bir vəziyyətdir.

Bu vəziyyət qadınların fallopiya borularının zədələnməsi və ya tıxanması nəticəsində yaranır. Fallopiya boruları yumurtaların yumurtalıqdan sərbəst buraxılması və sperma ilə görüşməsi üçün təbii bir yol təmin edir. 

  • Ən sıx rast gəlinən səbəbi heç müalicə edilməmiş ya da yetəri qədər müalicə edilməmiş infeksiyalardır. Adətən infeksiya qaynağı daha əvvəlki pelvik infeksiyalar, seksual yolla keçən infeksiyalar, spiral istifadəsi, düşük və ya doğuş sonrası infeksiyalar olur.
  • Yoluxmuş pelvis ya da qarın içi əməliyyatları borularda yapışqanlıqlar əmələ gətirə bilər. Xüsusilə perforasiya edilmiş apendesit buna səbəb ola bilər.
  • Daha əvvəl baş vermiş xarici hamiləlik riski artırır.
  • Endometozriis (şokolad kisti) faktlarında da borularda tıxanmalar müşahidə edilməkdədir.

Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Rəşad Sultan "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Aysun Həsənova / Demedia.az