Uşaq endokrinoloqu uşaqlarda hansı müayinələri edir? Video



 12:54 14.09.2024     529

Son zamanlarda uşaq xəstəliklərində də endokrin müayinələrin əhəmiyyəti daha çox artmaqdadır və valideynlər də haqlı olaraq soruşurlar ki, bəs “Uşaqlarımızı nə zaman endokrinoloq müayinəsinə gətirək?”

Uşaqlara endokronoloji müayinələrə əslinə baxdıqda xüsusi hallarda ehtiyac görünür və bəzi hallar var ki, hansı ki cinsi inkişaf müayinəsi və boy qısalığı baxımından kontrol müayinələrdə də aparılması tövsiyə olunur. 

Doğum anından topuq qanından baxılan bizim 2 endokronoloji müayinəmiz vardır ki, bunlardan biri 17-hidroksiprogesteron böyrəküstü vəzi baxımından və digəri isə TSH hipotireoz baxımından yoxlanılır. Əgər bu topuq qanında analizlər normal gələrsə, növbəti artıq sizin pediatorunuz hər hansı bir şikayətiniz olarsa, əlamətə bağlı olaraq sizi yönləndirəcəkdir. 

 Uşaq Endokrinoloqu Samirə Nəsibova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Uşaq Endokrinoloqu Samirə Nəsibova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Aysun Həsənova / DEMEDİA.AZ