Gecikmiş doğuşun uşağa ziyanı var? Video
Hər bir hamilə qadının arzusu hamiləliyini sona qədər başa çatdırıb dünyaya sağlam körpə gətirməkdir.
Uşağın yarımçıq doğulmasının mənfi nəticələri hamıya yaxşı məlumdur. Hamiləliyin 40-42 həftəsindən sonra baş verən gecikmiş doğuşlar isə nadir hallarda rast gəlinir. Lakin, o da uşaq üçün təhlükəlidir.Normada hamiləlik 40 həftə və ya 280 gün çəkir. Lakin, bu göstərici dəqiq deyil və hətta bir qadının müxtəlif hamiləliklərində belə fərqli ola bilər. Bəzi hamilələrdə doğuş 36-38 həftədə baş verir, amma, uşaq tam yetişmiş olur. Əksinə də ola bilər: doğuş 40-42-ci həftələrdə baş verir, amma, uşaqda yenə də patoloji əlamətlər olmur.Əgər 40 həftədən sonra doğuş başlamazsa, patoloji hallar təqvimə görə deyil, cift və dölün vəziyyətinə əsasən diaqnostika olunur.
Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Ginekoloq Rəşad Sultan "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.
Aysun Həsənova / Demedia.az