Bolqarıstanda hərbi hava şousundan əvvəl döyüş təyyarəsi qəzaya uğrayıb: ÖLƏNLƏR VAR



 15:00 17.09.2024     266

Bolqarıstanda keçiriləcək hərbi hava şousundan əvvəl faciəvi qəza baş verib.

Demedia.az  xəbər verir ki,L-39ZA Albatros tipli döyüş təyyarəsi akrobatika nümayişi zamanı idarəetmədən çıxaraq yerə çırpılıb və güclü partlayışla alov topuna çevrilib. Qəza nəticəsində ölkənin ən təcrübəli pilotlarından olan mayor Petko Dimitrov və perspektivli gənc pilot baş leytenant Ventsislav Dunkin həyatını itirib.
Hadisə şahidlərinin çəkdiyi kadrlarda aşmaq istəyərkən təyyarənin anidən gücünü itirdiyi və pilotun çarəsizcə təyyarəni xilas etməyə çalışdığı görünür. Lakin bu cəhdlər nəticə verməyib və təyyarə yüksək səslə yerə çırpılıb.