Avqustda Türkiyədə ən çox ev satılan şəhərlər açıqlanıb.
Türkiyə daxilində ev satışları avqust ayında bir əvvəlki ilin eyni ayına görə %9,9 artaraq 134 min 155-ə çatıb.
Demedia.az xəbər verir ki,ev satışının ən çox olduğu illər 19 min 467 ilə İstanbul, 12 min 496 ilə Ankara və 7 min 44 ilə İzmir, ən az satılan illər isə müvafiq olaraq 53 ilə Hakkari, 93 ilə Ardahan və 116 ilə Bayburt olub.