Uşaqlarda göbəkdən axıntı gəlirsə səbəbi nədir? Video
Göbək ciyəsi düşdükdən sonra göbək nahiyəsində yara əmələ gəlir.
Onun sağalması çox vacibdir. Çünki göbək müxtəlif infeksiyalar üçün giriş qapısı ola bilər. Buna ciddi yanaşmalısınız. Göbək yarası tam sağalana qədər uşağı çimizdirərkən yaranı yapışqan lentlə bağlamaq lazımdır ki, ona su dəyməsin. Düzgün qulluq edildikdə körpənin artıq 12-15 günlüyündə yara tamamilə yox olur. Göbək nahiyəsində dəri qızarırsa, çirk əmələ gəlirsə, qanaxma baş verirsə, sağalma gecikirsə, təcili həkimə müraciət etmək lazımdır. Bu halda körpə üçün təhlükəli olan omfalit xəstəliyi inkişaf edə bilər. Omfalit uşağın göbək yarasına infeksiya düşərkən yaranır. Bu xəstəliyin yüngül formasında yarada sadəcə qızartı və şişkinlik əmələ gəlir, ağır formasında isə göbəyin dibində göbələkvari toxumalar meydana çıxır.
Uşaq cərrahı Toğrul Ömərov mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Toğrul Ömərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz.
Aysun Həsənova / DEMEDİA.AZ