Tiroid Düyünü Təhlükəlidir? Video
Tiroid vəzi traxeanın qabağında boynun alt yarısında yerləşən kəpənək şəklində olan daxili sekresiyavəzidir.
Tiroid vəzi, metabolik proseslərimizin əsas nəzarət elementi olan tiroid hormonlarını istehsal edir, depolayır və ifrazını təmin edir. Bu hormonlar bütün bədən toxumalarının və orqanlarının düzgün işləməsi üçün vacibdir. Tiroid hormonları bədənimizə enerji depolarını effektiv şəkildə istifadə etməyə və əzələlərin düzgün işləməsinə imkan verir.Tiroid disfunksiyası bütün dünyada, xüsusilə də qadınlar arasında çox yaygındır. Qadınlarda tiroid problemləri yaşanma ehtimalı daha yüksəkdir və bu problemlər daha erkən yaşlarda başlaya bilər.
Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.
Aysun Həsənova / DEMEDİA.AZ