Ağrıları aradan qaldıran kök hüceyrə prosesi bu cür həyata keçirilir Video



 09:07 19.09.2024     796

Oynaq qığırdaqlarında sinir və qan damarları olmadığı üçün onların öz özünə bərpası mümkün deyil.

Ona görə də oynaqların hərəkətinə yardımçı olan mayenin qurumağa başlaması əvvəllər heç bir müalicə üsulu ilə aradan qaldırıla bilmirdi. Lakin hazırda kök hüceyrə müalicəsi ilə oynaqlar və oynaqətrafı bağların müalicəsi mümkün olmuşdur.Kök hüceyrələr insanlarda bütün toxumalardakı damarların ətrafında yerləşmiş ana hüceyrələrdir. Toxuma zədələnəndə hüceyrələr aktivləşir, bir tərərfdən toxumaların bərpası üçün lazım olan böyümə faktorlarıni hərəkətə gətirir, diğər tərərfdən zədələnməş nöqtələri sağaltmaq üçün lazım olan əzələ, sümük, oynaq qığırdaqları və piy qatı kimi fərqli toxumalara çevrilə bilirlər. 

Alqoloq Vüsal Eyvazov mövzu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az Vüsal Eyvazov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Aysun Həsənova / Demedia.az