Hormonal dərmanlar Xərçəng Yaradır? Video



 09:53 19.09.2024     745

Məmə kanseri, yəni süd vəzi xərçəngləri dünyada hər səkkiz qadından birində görülməkdədir və xərçəngə bağlı ölüm səbəbləri arasından ən ön sırada gəlməkdədir.

Bu səbəblə də qadınlarımızın məmə kanserinə qarşı bir az daha diqqətli olmasını məsləhət görürük. Kimlər süd vəzi xərçəngi riski altındadırlar? Hansı xəstələrimizə biz, xüsusilə, diqqət etməyimiz lazımdır?Ailəsində məmə xərçəngi hekayəsi olan, yumurtalıq xərçəngi hekayəsi olanlar risk altındadırlar, hormon əvəzedici terapiya gören xəstələrimiz, “sedantal” həyat tərzi keçirən irəli yaşlı qadınlar, obez qadınlar, özəlliklə də, erkən yaşda menstrual qanama, aybaşı qanamasını görənlər, gec menopauzaya girən xəstələrimiz və xüsusilə, gec doğuş edən, 35 yaşın üzərində əmizdirən qadınlarımız, gecə növbəsində çalışan qadınlarımız bir az daha diqqətli olmalıdırlar bu mövzuda.

Ankoloq-Mammoloq İndira Səfərova mövzu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az  Ankoloq-Mammoloq İndira Səfərova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Aysun Həsənova / DEMEDİA.AZ