Kişilerde impotensiya problemini təbii üsullarla aradan qaldırılması mümkündür? Video



 10:28 24.09.2024     437

Cinsi əlaqə üçün lazımı qədər cinsi istəyin (həvəsin) olmaması, penisin yaxşı sərtləşməməsi və bu müddəti idarə edə bilməməsi erektil disfunksiya adlanır.

Erektil disfunksiya olduğu hallarda kişi və qadını məmnun edəcək cinsi əlaqəni başlayıb və davam etdirmək üçün penis (kişi cinsiyyət orqanı) lazımı qədər sərtləşmir. Ereksiya (penisin sərtləşməsi), cinsi həyəcana cavab olaraq yaranan bir haldır. İstənilən bir cinsi həvəs, beyin, sinir, ürək, qan damarları və hormonal aktivliyin kompleks artması nəticəsində penisə (kişi cinsiyyət orqanına) gedən qanın artmasına səbəb olur, nəticədə yumuşaq halda olan penis böyüyür və sərtləşir (bərkiyir).

Androloq Azər Mirzəyev mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Aysun Həsənova / Demedia.az