Selen Qəbul etdikdə Diabetdən Qoruyur? Video



 12:39 25.09.2024     784

Selen orqanizmdə bir çox prosesi dəstəkləyən vacib bir mineralıdır.

Bu element, qavrama, immun sisteminin funksiyası və repreoduktiv funksiyanı yaxşılaşdırmağa kömək edir. Selenium tiroid hormonlarının metabolizmasının və DNT sintezinin qorunmasında və bədəni oksidləşdirici zədələrdən və infeksiyalardan qorumada əsas rol oynayan orqanizmə qida ilə daxil olan bir elementidir. Selen immun sisteminin, DNT funksiyalarının və tiroid vəzinin sağlam işləməsi üçün lazım olan çox vacib bir mineraldır. Bədəndə maddələr mübadiləsində antioksidant rolunu oynayaraq erkən qocalmanın qarşısını alır. Ürək sağlamlığı, reproduktiv, psixi sağlamlıq, infeksiya və iltihabla mübarizə kimi proseslərdə iştirak edir. Saç və dırnaq sağlamlığında aktiv bir mineral olan selenyum E vitamini ilə birlikdə hərəkət edə və ya bu vitamini əvəz edə bilər. Selen çatışmazlığı immun sistemini zəiflədə və xərçəng kimi xroniki xəstəliklərin inkişafına səbəb ola bilər və onun artıqlığı orqanizmdə toksinlər əmələ gətirir.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Aysun Həsənova / DEMEDİA.AZ