Uşağın qidadan zəhərləndiyini yoxsa virus yoluxduğunu necə ayırd etmək olar? Video
Zəhərlənmə zəhərli maddələrin orqanizmə təsiri nəticəsində əmələ gələn patoloji vəziyyətdir.
Zəhərli maddələr orqanizmə peroral (ağızdan), tənəffüs yollarından, dəridən, parenteral yolla (inyeksiya, xarici qulaq keçəcəyi, ilan sancması, həşərat dişləməsi və s.) daxil ola bilər.5 yaşına qədər uşaqlar təsadüfi zəhərlənmələrə görə yüksək risk qrupuna daxildir. Uşaqlarda zəhərlənmə böyüklərə nisbətən daha ağır gedişi ilə fərqlənir. Bu, uşaqlarda dərinin, selikli qişaların, hematoensefalitik baryerin keçiriciliyinin yüksək olması, su-elektrolit mübadiləsinin ləbilliyi və sinir sisteminin qeyri-yetkinliyi ilə əlaqədardır.
Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Pediatr Günay Rəsulova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Aysun Həsənova / Demedia.az