Hamiləlik dövründə siqaret və qəlyan çəkmək uşaq üçün təhlükəlidir? Video
Siqaret tüstüsündə olan nikotin zift karbon monoksit və digər zəhərli maddələr üst tənəffüs yollarına, ağciyərlərə, bronxlara və qana keçir.
Qana keçdikdən sonra bədəndəki bütün orqanlara yayılaraq, tənəffüs sistemində, ürək və damarlarda və digər sistemlərdə zərər verici təsirlərə malik olur. Siqaret çəkən ana adayları dölün sağlamlığını ciddi şəkildə riskə almaqdadırlar. Hamiləlik dövründə ananın siqaret çəkməsi dölün su kisəsinin tez açılmasına, ciftin yanlış yerdə yerləşməsinə, kənar hamiləliyə və hamiləlik zamanı yüksək təzyiqin olmasına səbəb olur. Hamiləlik müddətində siqaret istifadə edən analar uşaqlarının düşük doğum ağrılarıyla doğulmasına səbəb ola bilirlər. Bu uşaqlarda beşik ölümü, ani ölüm daha sıx görünməkdədir.
Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Ginekoloq Rəşad Sultan "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.
Aysun Həsənova / Demedia.az