Beldə ciddi duzlaşma olduqda nə etmək lazımdır? Video
Oynaq qığırdaqlarında sinir və qan damarları olmadığı üçün onların öz özünə bərpası mümkün deyil.
Ona görə də oynaqların hərəkətinə yardımçı olan mayenin qurumağa başlaması əvvəllər heç bir müalicə üsulu ilə aradan qaldırıla bilmirdi. Lakin hazırda kök hüceyrə müalicəsi ilə oynaqlar və oynaqətrafı bağların müalicəsi mümkün olmuşdur. Kök hüceyrələr insanlarda bütün toxumalardakı damarların ətrafında yerləşmiş ana hüceyrələrdir. Toxuma zədələnəndə hüceyrələr aktivləşir, bir tərərfdən toxumaların bərpası üçün lazım olan böyümə faktorlarıni hərəkətə gətirir, diğər tərərfdən zədələnməş nöqtələri sağaltmaq üçün lazım olan əzələ, sümük, oynaq qığırdaqları və piy qatı kimi fərqli toxumalara çevrilə bilirlər. Bədənin sağalma və bərpasında önəmli bir faktör olaraq müdaxiləyə cavab vermə vəzfəsi daşıyırlar. Öncələr kök hüceyrələri sümük iliyi və qandan almağa çalışırdılar. Ancak kök hüceyrələrin insanın piy qatında sümük iliyindən 50 qat artıq olduğu kəşf edildi və hazırda 200 cc (bir su bardağı ) piy qatından oynaqları bərpa edə biləcək qədər kök hüceyrə alına bilir.
Alqoloq Vüsal Eyvazov mövzu haqqında videoda ətraflı məlumat verib.
Demedia.az Vüsal Eyvazov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Aysun Həsənova / Demedia.az