Saçın dibində yaranan kəpək və yağlılıq xəstəlikdir? Video



 09:53 03.10.2024     141

Kəpək sadə bir saç problemi kimi görünsə də, insanın öz güvəninə təsir edən bir problemdir.

Təmizlik mövzusunda olmasa da, insanın saçlarını çirkli və ya baxımsız kimi göstərir. Bundan əlavə, qaşınan kəpək insanlarda narahatlıq yaradır. Kəpək, həm kişilərdə həm də qadınlarda baş verə bilən, baş və ya saçlarda ağ və boz dəri qabığları görünməsinə səbəb olan ümumi bir dəri problemidir. Kəpək kişilərdə qadınlara nisbətən daha çox görülür. Bunun səbəbi dəqiq bilinməsə də, qadınların baş dərisini daha tez-tez saçlarını örtməsi səbəbindən kəpəyin daha az görülməsi ola bilər. 

Dermatoveneroloq Dr.Şövqü Salahov mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Dermatoveneroloq Dr.Şövqü Salahov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Aysun Həsənov / Demedia.az 




Övladlığa götürmə ilə bağlı mühüm dəyişiklik



 22:07 08.02.2021     399

Övladlığa götürmə barədə ərizəyə əlavə olunmalı sənədlərin sayı artırılıb.

Nexber.az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, uşaq nikahda olmayan şəxs (Azərbaycan Respublikasının vətəndaşı, habelə qohum (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) olan əcnəbi və vətəndaşlığı olmayan şəxs) tərəfindən övladlığa götürüldükdə övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti də bu sənədlərə əlavə olunub.

Həmçinin işin məhkəmədə baxılmağa hazırlanması qaydasına da müvafiq dəyişiklik təklif edilir. Məhkəməyə təqdim edilmiş müvafiq icra hakimiyyəti orqanının rəyinə əlavə olunan sənədlərə də dəyişiklik olunur.

Valideyn himayəsindən məhrum olmuş uşağın övladlığa götürülməsinə dair həmin uşağın yerləşdiyi müəssisənin rəhbərinin rəyi və ya uşağın tərbiyə olunduğu himayədar ailənin yazılı ifadə olunmuş fikri də məhkəməyə təqdim edilmiş müvafiq icra hakimiyyəti orqanının rəyinə əlavə olunacaq.

Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə “Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərman imzalanıb.

Fərmana uyğun olaraq Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilib, bu sahədə xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə elektron informasiya sistemi yaradılıb.

Təklif olunan dəyişiklik övladlığa götürmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır.