Epilepsiya diaqnozu nə zaman qoyulur? Video
Epilepsiya – təkrarlanan epilepsiya tutmaları ilə müşahidə olunan, müəyyən sindromlar zamanı şəxsiyyətin dəyişilməsinin xüsusi tipi və psixi pozuntularla müşayiət edilən müxtəlif etiologiyalı heterogen xəstəlikdir.
Epilepsiyanın klinik mənzərəsi epileptik boşalmalara cəlb olunmuş baş beyin şöbələrinin funksional vəziyyətindən asılıdır. Epilepsiya zamanı hərəki (motor), hissi (sensor) və ali qabıq funksiyalarının pozulması müşahidə olunur. Xəstəliyin debütü 20 yaşa qədərdir. Epi-sindromun diaqnostikası anamnez, klinika, EEQ, video-EEQ monitorinq, neyrovizualizasiya vasitəsilə aparılır. Əgər xəstədə 2 və ya ondan çox epileptik tutma baş verirsə, o zaman epilepsiya diaqnozu qoyulmasına əsas vardır. Epilepsiya diaqnozu qoyulduqdan sonra epileptik sindromu müəyyən edilməlidir.
Uşaq Nevroloqu Dr Raisə Tahirova mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Uşaq Nevroloqu Dr Raisə Tahirova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Aysun Həsənov / Demedia.az