Endometrium qalınlığı az olduqda müalicə İlə normal qalınlığa çatdırmaq olar? Video



 11:50 08.10.2024     671

Uşaqlığın daxili qatı "endometrium" adlandırılır.

Bu qat hamiləliyin baş tutmasında və normal inkişafında böyük rol oynayır. Endometrium bazal və funksional qatlardan ibarətdir. Bazal qat daimidir. Funksional qat isə menstrual dövrü ərzində tədricən qalınlaşır ("şişir"). Mayalanmadan sonra uşaqlığa düşmüş hüceyrələr toplusu (ziqot) uşaqlığın divarına implantasiya etməlidir ki, hamiləliyin inkişafı davam etsin. Bunun üçün uşaqlığın daxili qatı lazım olan qalınlıqda olmalıdır. Əgər bu qat nazik olarsa (7 mm-dən az), ziqot uşaqlığın daxili divarına implantasiya edə bilməyəcək və nəticədə hamiləlik baş tutmayacaq. Belə hesab olunur ki, normal implantasiya üçün uşaqlığın daxili qatının qalınlığı 9-15 mm olmalıdır.

Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Rəşad Sultan "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Aysun Həsənova / Demedia.az