Üzdə yarana sızanaqların səbəbi gənələrdir? Video



 12:00 08.10.2024     679

 

Demodeks xəstəliyi demodeks gənələrinin yaratdığı xəstəlik demodekoz adlanır və bu xəstəliyə dünyanın hər yerində rast gəlinir.

Demodeks gənələrin növləri çox olsa da, yalnız 2 növü Demodex folliculorum və Demodex brevis insanda parazitlik edə bilir. Demodeks gənələri bir qayda olaraq təmas-kontakt yolu ilə insandan-insana və yaxud heyvandan-insana keçir. Demodeks gənələrinə hər kəs yoluxa bilər. Adətən yoluxma baş verdikdən dərhal sonra demək olar ki, xəstə heç bir narahatlıq hissləri yaşamır. Lakin bir müddətdən sonra gənələrin sayı artır, yoluxma nahiyəsində patoloji qüsurlar üzə çıxır. Məhz ondan sonra xəstə nəyinsə baş verdiyini anlayır.

Dermatoveneroloq Dr.Şövqü Salahov mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Dermatoveneroloq Dr.Şövqü Salahov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Aysun Həsənov / Demedia.az